İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimi

Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə start verilib.

 

İnstitutun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Azad Novruzov  müəllimlərin peşəkar inkişafının yüksəldilməsi üçün yaradılmış müasir şəraitdən və təhsilə, müəllimə dövlət qayğısından bəhs edib,  institutda pedaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi işinin təşkili haqqında məlumat verib, diplomdan sonrakı təhsilin təşkilinə verilən tələblərdən danışıb. Qeyd edib ki, hazırkı kurs  ibtidai siniflərdə  “Ana dili” fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi mövzusuna həsr ediləcək. Kursda “Oxu modelləri”, “Oxu təlimində istifadə olunan üsullar,” “Oxuya verilən tələblər”, “ Köməkçi oxu metodlarından istifadə və səmərəli oxu strategiyalarının tətbiqi” və s. mövzularda təlimlər keçiriləcək.

 

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, dövlətimizin təhsilə xüsusi diqqət və qayğısından, müəllimlərin işə qəbulunun onların bilik səviyyələrini yoxlamaqla həyata keçirilməsi və ümumtəhsil məktəblərində müəllimlərin peşəkar fəaliyyətinin artırılması məqsədilə kursların təşkilindən danışıb.

 

İnstitutun “ Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Tamara Baxşəliyeva ”Strategiyalı oxu və onun təşkili” mövzusunda məruzə ilə çıxış edib.

 

Kurs müdavimlərin anket sorğusu ilə öz işinə başlayıb.



19.11.2019 | 14:29