Müsabiqənin final mərhələsi keçirilib | |
Paytaxt məktəbləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təşkil olunan müsabiqə 2 gün davam edib. Nərimanov, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Nəsimi, Nizami, Pirallahı, Səbail və Qaradağ rayonları üzrə final mərhələsində 72 məktəbli iştirak edib.
Müsabiqənin final mərhələsində hər yaş qrupu üzrə ilk üç yeri tutmuş şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, iki yaş qrupu (10–14 və 15-18) üzrə keçirilən müsabiqədə əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
|
|
02.05.2018 | 18:11 | |
|
|
|