“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan  Vətənimdir” adlı rəqs festivalı keçirilib.

 

Festivalda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu ilə yanaşı, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, Salyan şəhər və Gəncə şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, eləcə də Gürcüstandan dəvət olunmuş “Ceyran” rəqs ansamblı iştirak edib.

 

Festivalın keçirilməsində məqsəd mədəni irsimizi, folklorumuzu, qədim rəqs ritimlərini uşaqlara sevdirmək, milli rəqslərimizin gözəlliklərini, incəliklərini nümayiş etdirmək, uşaq-gənclər inkişaf mərkəzləri arasında dostluq körpüsünün möhkəmləndirilməsi və təcrübə mübadiləsinin artırılmasından ibarətdir.

 

Festival çərçivəsində rəqs qruplarının nümayiş etdirdiyi nömrələr maraqla qarşılanıb.

 

Sonda rəqs qrupunun üzvləri və xoreoqraflar diplom və hədiyyələrlə  təltif olunublar.



18.11.2019 | 16:12