Mingəçevirdə gənc müəllimlərlə görüş

Noyabrın 15-də Mingəçevir şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə gənc müəllimlərlə görüş keçirilib.

 

Görüşdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə təhsil sahəsində aparılan islahatlardan və əldə edilən nəticələrdən danışıb. Nazir müavini çıxışında müəllimlərin bilik və bacarıqlarının artırılması, təhsildə baş verən yeniliklərin mənimsənilməsi, şagirdlərlə qarşılıqlı ünsiyyətin uğurlu formalaşması mövzularına da toxunub. Nazir müavini müəllimlərin peşə fəaliyyətinin artırılması məqsədilə İKT, dil bacarıqlarının inkişaf etdirilməsi və onların tədris prosesində tətbiqi, eləcə də gələcək nəslin daha rəqabətcil, tənqidi yanaşma bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

 

Firudin Qurbanov həmçinin şagirdlərin sağlam həyat tərzi üçün valideynlərin maarifləndirməsində müəllimlərin aparıcı rolunun vacibliyini diqqətə çatdırıb. 

 

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib. 



15.11.2019 | 19:48