Nazir müavini Şamaxı şəhərində

Noyabrın 15-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Şamaxı rayonuna səfər edib.

 

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonda yerləşən Avropa məktəbi, eləcə də İqbal Rəsulov adına Muğanlı kənd və 6 nömrəli tam orta məktəblərə baş çəkib. Nazir müavini qeyd olunan təhsil müəssisələrində dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub.

 

Məhəbbət Vəliyeva həmin məktəblərin pedaqoji kollektivləri ilə görüşdə tədris prosesi zamanı müasir təhsil texnologiyalarından, həmçinin interaktiv tədris metodlarından istifadənin əhəmiyyətini diqqətə çatdırıb.

 

Nazir müavini eyni zamanda Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə rayonun qabaqcıl təhsil işçiləri və gənc müəllimləri ilə görüş keçirib. Görüş zamanı təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva müəllimlərə öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

 

Daha sonra nazir müavini Qobustan rayonu Bədəlli kənd tam orta məktəbində də olub, məktəbin şəraiti ilə tanış olub və pedaqoji kollektivi ilə görüşərək onlarla söhbət aparıb.

 

 



15.11.2019 | 19:37