Albert Eynşteynlə müqayisə olunan tələbə | |
Almaniyanın Eindhoven Texniki Universitetinin tələbəsi olan 9 yaşlı Laurent Simonsu haqlı olaraq vunderkind adlandırırlar. Çünki o, 6 yaşında ibtidai sinfi, 8 yaşında isə tam orta məktəbi bitirərək 2018-ci ilin yayında adıçəkilən universitetin tələbəsi adını qazanıb.
Onun intellekt səviyyəsi minimum 145 rəqəmi ilə qiymətləndirilir. Artıq alman filosofları Simonsu intellekt göstəriciləri 76 rəqəmi ilə qiymətləndirilən astrofizik Stefan Havkin və Nobel mükafatçısı Albert Eynsteynlə müqayisə edirlər.
Yeniyetmə tələbənin elmi rəhbəri, professor Peter Baltusun fikrincə, universitetin ondan gözləntiləri çox yüksəkdir. Dərs materiallarını evə apararaq Laurent heç bir dəstək almadan ən qısa vaxtda hazırlayıb təhvil verir. Hazırda o,beyin hüceyrələrinin reaksiyasının ölçülməsini təmin edə biləcək mikrocip üzərində çalışır və gələcəkdə də bu sahə üzrə araşdırmalarını davam etdirmək niyyətindədir. İnsan həyatına yüksək qiymət verən elm fədaisi ,-mən elə bir ixtira etmək istəyirəm ki, onun köməkliyi ilə insanın ömrünü uzada bilim,- deyir və bu arzusunu reallaşdıracağına əmindir.
Artıq doktorluq elmi dərəcəsinin astanasında olan vunderkind bundan sonrakı araşdırmalarını ABŞ-da, ya da Almaniyada davam etdirəcək. Sifai SƏFƏROVA |
|
14.11.2019 | 12:23 | |
|
|
|