İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar | |
Qazaxıstanın Aktobe şəhərində gənc istedadların "Alem Talant Star" müsabiqəsi keçirilib. Müsabiqəyə musiqi, xoreoqrafiya, rəngkarlıq, teatr nominasiyaları üzrə Rusiya, Türkiyə, Qazaxıstan və Ukraynadan 800 iştirakçı qatılıb. Azərbaycan Milli Konservatoriyası tərkibində Incəsənət Gimnaziyasının şagirdləri də müsabiqədə uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil ediblər. VI sinif şagirdi Toğrul Məmmədov və VII sinif şagirdi Nuranə Əliyeva fortepiano nominasiyası üzrə “Gran Prize” mükafatına layiq görülüb. Nuranə Əliyeva həmçinin ansambl nominasiyasında “Gran Prize” mükafatı qazanıb.
Teatr şöbəsinin şagirdləri Almaz Həsənzadə və Fidan Tahirova isə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kompozisiya ilə müsabiqəyə qatılaraq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, I dərəcəli diplomlarla təltif olunublar.
Rəsmləri ilə müsabiqəyə qatılan təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Natiqə Əsədli və Nəzrin Əliyeva da müsabiqədən uğurla geri qayıdıblar. X sinif şagirdi Natiqə Əsədli I yerə, Nəzrin Əliyeva isə II yerə layiq görülüb.
|
|
12.11.2019 | 17:12 | |
|
|
|