Dünya birinciliyində 4 qızıl, 2 gümüş medal

Tbilisidə sport ciu-citsu üzrə uşaq, yeniyetmə və gənclər arasında dünya birinciliyi keçirilib.

 

Ölkəmizi yarışda Bakı Karate-do Akademiyasının (BKA) yetirmələri təmsil ediblər və  dünya birinciliyində 4 qızıl, 2 gümüş medal qazanıblar. Belə ki, Zaur Mirzəzadə (8-9 yaş, 25 kiloqram), Jasmin Xəlilova (10-11 yaş, 35 kiloqram), Anar Tağızadə (12-13 yaş, 45 kiloqram), Bəxtiyar Məcidov (16-17 yaş, 65 kiloqram) qızıl medal əldə ediblər.  Gümüş medalların sahibləri isə Nihat Hüseynli (10-11 yaş, 30 kiloqram) və  Sadiq Əliyev (16-17 yaş, 55 kiloqram)  olub.

 

Sifai SƏFƏROVA



12.11.2019 | 15:38