Sankt-Peterburqda beynəlxalq elmi konfrans | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Rusiya Elmlər Akademiyasının (REA) Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru Nadejda Aşeulovanın dəvəti ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.
Sankt-Peterburqda “Elmi Peterburq Rusiya Elmlər Akademiyasının 295 illiyinə doğru” 40-cı beynəlxalq elmi konfransda iştirak edən institut direktoru «Sankt-Peterburq aliminin Azərbaycan səhiyyəsinin inkişafında rolu» adlı məruzəsini təqdim edib.
Beş gün davam edən konfransa Rusiya Federasiyasının müxtəlif bölgələrindən, MDB-dən və dünyanın digər ölkələrindən qatılan alimlər müxtəlif elmlərin tarixinə dair məruzələr səsləndiriblər.
Səfər çərçivəsində M.Seyidbəyli rusiyalı alimlər – Nadejda Aşeulova, Yuri Baturin, o cümlədən Ukrayna və Belarusdan olan elm xadimləri ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib. M.Seyidbəyli AMEA və REA-nın elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.
|
|
12.11.2019 | 11:25 | |
|
|
|