Tələbələr “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə

Azərbaycan Universitetinin bir qrup tələbəsi “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə XX - XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində açılmış “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgidə iştirak edib. Tələbələr burada nümayiş etdirilən əsərlərlə tanış olub, onlara verilən yaradıcı tapşırıqları yerinə yetiriblər.

 

Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərlərindən, eləcə də Milli Arxiv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarından ibarət olan sərgidə XX əsrin əvvəllərindən İkinci Dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, eləcə də ədəbi nümunələr, arxiv sənədləri və xronika nümayiş etdirilir.

 

Qeyd edək ki, tələbələrin ekskursiyasının ayda iki dəfə olmaqla, tədris ilinin sonuna qədər davam edəcəyi nəzərdə tutulub.

   

Sifai SƏFƏROVA



11.11.2019 | 13:08