Lənkəranda “Bayraq yürüşü”

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar  Lənkəranda Lənkəran Dövlət Universiteti (LDU), Lənkəran Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bayraq yürüşü”  keçirilib. Tədbirə rayon  rəsmiləri, yüzlərlə tələbə, müəllim və lənkəranlı gənc qatılıb.

 

Milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin artırılması məqsədi ilə keçirilən  “Bayraq yürüşü” şəhərin Heydər Əliyev prospektinin girəcəyindən start götürüb. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət Bayrağı Meydanına qədər 4 km-lik məsafədə  olub.

 

Yürüş iştirakçıları varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.

 

“Bayraq yürüşü”  LDU  tələbələrinin ifasında musiqili  bayram proqramı ilə yekunlaşıb.Tələbələrin milli vətənpərvərlik ruhunda  təşkil etdiyi konsert proqramı maraqla qarşılanıb.

 

 



08.11.2019 | 18:44