“Fövqəladə hallar uşaqların gözü ilə” | |
Şabranda “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsinin rayon turu keçirilib.
Sərgidə rayonun 20 ümumtəhsil müəssisələrinin 60-dan çox əl işləri sərgilənib. Meyarlara uyğun hesab edilən əl işləri münsiflər heyəti tərəfindən seçilərək zona mərhələsinə göndərilib. Əl işləri ilə fərqlənən məktəblilərə rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim olunub.
Ümumtəhsil və internat məktəblərinin I-XI sinif şagirdləri arasında uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə təşkil olunur.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsidir.
Gülər HÜSEYNOVA, Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
11.11.2019 | 10:00 | |
|
|
|