Göz müayinəsi aksiyaları

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Xəzər Qayğıkeşlik Layihəsi”  Humanitar İctimai Birliyi ilə birlikdə göz müayinəsi aksiyaları  keçirib.

 

Aksiyada məqsəd aztəminatlı ailələrə, o cümlədən qaçqın və məcburi köçkünlərə yüksək səviyyəli ixtisaslaşdırılmış tibbi (oftalmolojı) xidmət göstərmək olub. Mərkəzin 100-dən çox maddi yardıma ehtiyacı olan ailələrinin övladları təmənnasız müayinə edilib, müalicələri pulsuz aparılıb, ehtiyacı olan uşaqlar eynəklə təmin edilib.
       

Qeyd edək ki, bu tibbi xidmət “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi tərəfindən, Azercell-in təqdim etdiyi və lazımi avadanlıqla təchiz olunmuş Mobil Göz klinikalarında aparılıb.



06.11.2019 | 16:30