Akademik Küveytdəki səfirliyimizdə olub | |
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Küveytdəki səfiri Elxan Qəhrəmanovla görüşüb.
Qeyd edək ki, nümayəndə heyətinin Küveytə səfər proqramı bu ölkədəki səfirliyimiz tərəfindən təşkil olunub.
Səfərin əsas məqsədi Azərbaycan həqiqətlərini - müasir Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğu, ermənilərin Cənubi Qafqaza çar Rusiyası tərəfindən Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürüldüyü, vaxtilə Azərbaycan dövləti olan İrəvan xanlığında 300-dən çox məscidin olduğu, 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövləti yaradıldıqdan sonra bu məscidlərin erməni vandalları tərəfindən tamamilə məhv edildiyi və hazırda işğal olunmuş Qarabağ torpaqlarında da tarixi abidələrimizə qarşı erməni vandalizminin davam etdiyini Küveyt ictimaiyyətinə çatdırmaq idi.
Y.Mahmudov yaradılan bu imkan üçün səfirə təşəkkür edib.
|
|
06.11.2019 | 15:47 | |
|
|
|