Rektora Xan evinin rəsmi hədiyyə edilib

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri  çərçivəsində BDU-nun nümayəndə heyəti Lənkəran Dövlət Universitetində  ( LDU) olub.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki,  ölkədə təhsilin və elmin inkişafına verdiyi  böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə, ümummilli lider  Heydər Əliyev “Bakı Dövlət Universitetini Azərbaycanın, xalqımızn milli sərvəti, milli iftixarı adlandırıb. Universitet rəsmisi qeyd edib ki, Lənkəran Dövlət Universiteti  BDU-nun Lənkəran filialı kimi açılıb və  Nazirlər Kabinetinin  sərəncamı ilə  dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb.

 

N.İbrahimov LDU-da son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib. Qonaqlara universitetdə görülən işlərlə əyani tanışlıq imkanı da  yaradılıb. Turizm-tədris-təcrübə bazası ilə tanış olan BDU-nun rektoru Elçin Babayev və ali məktəbin professor-müəllim heyəti yaradılan şəraiti yüksək qiymətləndiriblər.

 

LDU-nun tədris-təcrübə sahəsi, çay və sitrus plantasiyası, yeni tədris korpusları, tələbə yataqxanası, modern laboratoriyaları, müəllimlər üçün inşa olunmuş xidməti mənzillər, tələbə yeməkxanası və s.ilə  tanışlıq xoş təəssürat yaradıb.

 

BDU müəllimlərinin keçdiyi ustad dərsləri isə tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Tədbirin sonunda N. İbrahimov  BDU-nun rektoru Elçin Babayevə kollektiv adından Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib. Elçin Babayevin hədiyyəsi isə Qarabağ  xalçalarının milli ornamentləri əks edilmiş tablo olub.



04.11.2019 | 10:55