1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirməsi qalib olub

Yaponiyanın Yokohama şəhərində 20-ci “Kanagawa Biennal Dünya Uşaqların İncəsənət Sərgi” müsabiqəsi keçirilib.

 

Müsabiqəyə 92 ölkə üzrə 28 minə yaxın rəsm işi təqdim olunub.

 

Müsabiqədə iştirak edən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasının dərnək üzvü Banu Şıxəliyeva uğurlu nəticə əldə edib. Banu Şıxəliyeva 1-ci yerə layiq görülərək diplomla təltif olunub.

 

 



02.11.2019 | 13:11