Hərbi atteşelər BDU-da | |
Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşeləri Bakı Dövlət Universitetində olublar. Ali məktəbi ziyarət tanışlıq xarakteri daşıyıb. Universitetin Beynəlxalq şöbəsinin müdiri Elmira İsmayılova diplomatik korpusların hərbi nümayəndələrinə BDU-nun tarixi, inkişaf mərhələləri haqqında məlumat verib. O, həmçinin bu təhsil ocağının üzvü olduğu beynəlxalq təşkilatlar, universitetin qrant layihələri, fakültələr və tədris edilən ixtisaslar barədə də danışıb. Universitet haqqında video-çarxın nümayişindən sonra qonaqlar Nanotexnologiyalar Mərkəzi, Hüquq fakültəsinin tədris auditoriyaları və Elmi kitabxana ilə tanış olublar.
Universitetlə tanış olan hərbi atteşelər BDU haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər. |
|
01.11.2019 | 19:00 | |
|
|
|