BMU-nun məzunu Tartu Universitetində | |
Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisası üzrə (ingilis sektoru) 2018/2019-cu tədris ilinin bakalavr məzunu İlyas Əlizadə magistratura təhsilini Estoniyanın Tartu Universitetində Aktuari və Maliyyə mühəndisliyi üzrə davam etdirir.
BMU-nun məzunu təhsil almaqla yanaşı, Tartu Universitetinin ictimai-sosial və mədəni həyatında da aktiv iştirak edir.
İ.Əlizadə dərslərinin ağır riyazi-statistik istiqamətli olmasına baxmayaraq, BMU-da Maliyyə ixtisası üzrə aldığı güclü baza bilikləri sayəsində çətinlik çəkmədən oxuduğunu bildirib.
Məlumat üçün deyək ki, İ.Əlizadə BMU-nun bakalavr pilləsinə 662 balla qəbul olub və universiteti yüksək göstərici ilə – 92.32 balla bitirib. Tartu Universiteti onun təhsilini Dora Plus və digər təqaüd proqramları ilə maliyyələşdirir. |
|
30.10.2019 | 14:00 | |
|
|
|