Amerikalı psixoloq “YARAT”ın seminarında | |
YARAT Müasir İncəsənət Məkanının “İnsan: Özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində növbəti seminar və təlimləri Bakı Dövlət Universitetində keçirilib.
Seminar-təlimdə amerikalı mütəxəssis , psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman insanda bir çox qabiliyyət və bacarıqlar haqda bilgilərin genişlənməsini təmin etmək məqsədi ilə insanın fiziki sağlamlığına emosiyaların təsiri və emosional sağlamlığı qorumaq üçün praktiki təlimatlara dair məlumatları iştirakçılarla bölüşüb. O, həyatın çətin anlarında insanın özünə qarşı səmimi və qarışıq münasibətləri necə inkişaf etdirməsi barəsində praktiki biliklər təqdim edib. Həmçinin, diqqətin toplanması, əsas emosiyaların dərki, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək kimi məsələlərdən bəhs olunub, müzakirələrdə iştirakçıların sualları cavablandırılıb.
|
|
28.10.2019 | 17:33 | |
|
|
|