Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib | |
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Səsvermədə AMEA-nın 55 həqiqi üzvü iştirak edib.
Ümumi yığıncaqda hesablayıcı komissiya yaradılıb, komissiyanın sədri akademik Urxan Ələkbərov təyin olunub.
Sonra gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Ramiz Mehdiyev yekdilliklə AMEA-nın prezidenti seçilib.
AMEA-nın yeni prezidenti akademik Ramiz Mehdiyev çıxış edərək “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. AMEA-nın son illər mühüm nəticələr əldə etdiyini vurğulayan akademik alimləri öz fəaliyyətlərində daha işgüzar və məsuliyyətlə çalışmağa çağırıb, öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə səsləyib.
Ramiz Mehdiyev seçkidə iştirak edən AMEA-nın həqiqi üzvlərinə minnətdarlığını bildirib. |
|
23.10.2019 | 20:00 | |
|
|
|