Beynəlxalq konfransın Minskdə bölmə iclası keçirilib | |
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans davam edir.
Beynəlxalq konfransın “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda növbəti bölmə iclası aprelin 25-də Minsk Dövlət Linqvistika Universitetində keçirilib.
Universitetin rektoru, professor Natalya Baranova ümummilli lider Heydər Əliyevə həsr olunmuş mötəbər elmi konfransın bir panelinin MDLU-da keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan-Belarus əlaqələrinin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olub və bu əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Vurğulayıb ki, Minsk Dövlət Linqivistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı da planlaşdırılıb
Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iki ölkə arasındakı əlaqələrin inkişafından söz açıb. Qeyd edib ki, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur.
Azərbaycan Dillər Universitetinin “Rusiyaşünaslıq” mərkəzinin müdiri, professor Məmməd Əliyev tədbirin mahiyyətindən danışaraq ulu öndərin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın 11 ölkənin 13 universitetində keçirildiyini söyləyib. Qeyd edib ki, ümummilli liderin ölkəmizin çiçəklənməsi, xalqımızın həyat səviyyəsinin daim yüksəldilməsi və ən əsası, müstəqilliyimizin qorunub saxlanılmasına hesablanmış uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam edir və bu siyasi xətdə Azərbaycan-Belarus münasibətləri də xüsusi yer tutur. Professor, həmçini, onu da xatırladıb ki, “Azərbaycan multikulturarilzmi” fənni dünyanın bir çox ölkəsi ilə yanaşı, Belarusda da tədris olunur və bu fənnə maraq olduqca böyükdür.
Sonra professor Məmməd Əliyev “Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzə edib.
clasda Azərbaycanın və Belarusun müxtəlif universitetlərinin əməkdaşları məruzə ediblər. Qeyd edilib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses indi də uğurla davam etdirilir.
Konfransın işində Belarus Milli Texniki Universitetinin dosenti Bulıqo Elena Kazimirovna və Belarus Dövlət Universitetinin dosenti Kolik Aleksey Valentinoviç iştirak ediblər.
|
|
30.04.2018 | 13:32 | |
|
|
|