Macar dilinin tədrisi arzulanır | |
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.
Rektor Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Həmçinin Macarıstanın ölkəmizdəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.
Benedek Peri təmsil etdiyi qurum haqqında məlumat verərək, Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb. |
|
21.10.2019 | 19:00 | |
|
|
|