AMEA Naxçıvan bölməsində dəyişikliklər

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin tərkibində qismən dəyişiklik edilməsi ilə bağlı məlumat verib və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin Rəyasət Heyətinin üzvü seçildiyini diqqətə çatdırıb.

 

Bölmənin “Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibində də qismən dəyişiklik edilib. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Tofiq Əliyev “Elmi əsərlər” jurnalının təbiət və texniki elmlər seriyasının, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli isə “Elmi əsərlər” jurnalının Humanitar və İctimai elm seriyasının redaksiya heyətinə üzv seçiliblər.

 

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan oykonimlərində miladdan öncə III-II minilliklərə aid qədim türk Tanrı adlarının izi” mövzusunda məruzəsi dinlənilib.

 

Tədbirdə bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Naxçıvan Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə bölmədə vakant vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixli mətbuatda dərc edilən müsabiqə ilə bağlı məlumat verib. Onun sözlərinə görə, bölmənin elmi-tədqiqat müəssisələrinin şöbə və laboratoriyalarına müsabiqə üçün sənəd qəbulu yekunlaşıb, 12 namizəd şöbə və laboratoriyalara sənədlərini təqdim edib.

 

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Elmi Şurasının tərkibində də qismən dəyişiklik olub.  AMEA-nın müxbir üzvü Tofiq Əliyev Elmi Şuranın sədri seçilıb.



21.10.2019 | 15:33