Səfirə Nəsiminin əsərləri hədiyyə edilib | |
Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas və konsulu Mariya Anjelika Stir Varela Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
Görüş zamanı qonaqlar AMEA-nın təsisçilərinin büstlərindən ibarət qalereya ilə, Nadir fondda saxlanılan qədim kitablarla, MEK-in Vikipediya, Milli Rəqəmsal Yaddaş şöbələri və oxu zalları ilə tanış olublar.
Görüşdə AMEA və Kolumbiyanın Mədəniyyət Nazirliyi arasında imzalanmış Memorandumun icrasına dair məsələlər müzakirə olunub.
Səfir MEK-ə Qabriel Qarsiya Markesin əsərlərinin ispan dilində nəşrini, Leyla İmanova isə MEK tərəfindən diplomata İ.Nəsiminin əsərlərinin iki cildliyini və “Qarabağ: əsrlərin salnaməsi” nəşrini hədiyyə edib.
Göstərilən diqqətə görə MEK kollektivinə təşəkkürünü bildirən qonaqlar məhsuldar əməkdaşlığın davamına əminliklərini ifadə ediblər. |
|
21.10.2019 | 13:25 | |
|
|
|