Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 18-də Təhsil Nazirliyində Azərbaycan və Macarıstan ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilib.

 

Görüşdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi də iştirak edib.

 

Macarıstanın ELTE, Seqed, Debreçen, Peç, Veterinari və Metropolitan Universitetlərinin nümayəndələrinin iştirak etdiyi görüşə Azərbaycan tərəfdən Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA və UNEC Universitetlərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələri də qatılıblar.

 

Günün ikinci yarısında Azərbaycan və Macarıstan universitetlərinin nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 



18.10.2019 | 17:15