Tələbələr “O olmasın, bu olsun”da | |
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnələşdirilib.
Musiqili komediyanın hazırlanması bu il dünyada quruda ilk neft platforması olan Neft Daşları yatağının 70 illiyinə həsr olunub.
Operetta oktyabrın 23-ündə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oynanılacaq.
Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri, Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllim Zülfiyyə Sadıqovadır.
Tamaşada Bakı Ali Neft Məktəbinin yerli və əcnəbi tələbələri iştirak edir. Bu, Ali Məktəbin tələbələrinin ifasında səhnələşdirilən ikinci tamaşadır. İlk olaraq BANM tələbələrinin rol aldığı Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşaya qoyulub. |
|
16.10.2019 | 16:29 | |
|
|
|