Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” na start verilib

Oktyabrın 12-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında cüdo üzrə beynəlxalq “Təhsil Kuboku”na start verilib.

 

Oktyabrın 13-də yekunlaşacaq yarışda Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Niderland, İraq, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan daxil olmaqla ümumilikdə 12 ölkə təmsil olunur. Yarışda 1000-dən artıq cüdoçu mübarizə aparacaq.

 

Yarışda 2000-2002 –ci il təvəllüdlü gənclər və 2003-2005, 2006-2007-ci il təvəllüdlü yeniyetmələr iştirak edir.

 

Hər üç yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizəni bitirdikdən sonra cüdoçular 14-15 oktyabr tarixlərində 2 günlük təlim-məşq toplantısına qatılacaqlar.

 

 



12.10.2019 | 17:14