Ixtisaslaşdırılmış fond oxucuların istifadəsində | |
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fond mühafizə olunaraq oxucuların istifadəsinə verilir.
Fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun təşəbbüsü ilə yaradılıb. Fondda alimin özünün şəxsi kitab kolleksiyası da xüsusi yer tutur.
Qeyd edək ki, həcmi 14183 nüsxə sənəddən ibarət MEK-in Kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşdırılmış fondunun bütün sənədləri e-kataloqa daxil edilərək oxucuların istifadəsinə verilib.
Mövzu üzrə daha ətraflı məlumatı www.mek.az saytından, MEK-in facebook səhifəsindən və Youtube kanalından əldə etmək olar. |
|
12.10.2019 | 14:44 | |
|
|
|