Akkreditasiya qiymətləndirilməsi uğurla keçib

2018/2019-cu tədris ilində Azərbaycan Dillər Universitetinin akkreditasiya qiymətləndirilməsi keçirilib və qiymətləndirilmənin nəticələri açıqlanıb.

      

Qərara əsasən, Azərbaycan Dillər Universiteti akkreditasiyadan keçmiş hesab olunub və tipi ali təhsil müəssisəsi, növü universitet kimi müəyyənləşdirilib.  Universitetin akkreditasiyasının etibarlılıq müddəti 2019-2024-cü tədris illəri üzrə müəyyən olunub. 

       

Azərbaycan Dillər Universitetinin təhsil proqramları (ixtisaslar və ixtisaslaşmalar) da 2019-2024-cü tədris illəri üzrə mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə akkreditasiyadan keçmiş hesab edilib.

      

Akkreditasiya haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı Azərbaycan Dillər Universitetinə təqdim olunub.

    

Qeyd edək ki,  bu ali məktəbin 2019/2020-ci il tədris ilində qəbul göstəricisi 95 faiz təşkil edib.  Statistika göstərir ki, universitetə maraq ildən- ilə artmaqdadır. 



11.10.2019 | 18:50