Nobel Sülh mükafatı laureatının adı açıqlandı | |
Osloda 2019-cu il üzrə Nobel Sülh Mükafatına "Regionda sülhün nizamlanması sahəsində göstərdiyi səylərinə görə" Efiopiyanın Baş naziri Abiy Əhməd Əli layiq görülüb.
Bu barədə Osloda Norveç Nobel komitəsi açıqlama yayıb. Komitə 2018-ci ildən Efiopiyaya rəhbərlik edən baş nazirin sülh və beynəlxalq əməkdaşlığa nail olmaq üçün göstərdiyi səyləri, xüsusən qonşu Eritreya ilə sərhəd münaqişəsinin həlli ilə bağlı qətiyyətli təşəbbüslərini yüksək qiymətləndirib.
Oruc MUSTAFAYEV |
|
11.10.2019 | 14:52 | |
|
|
|