Slavyan Universiteti sərgidə təmsil olunur | |
13-cü Beynəlxalq Təhsil sərgisində digər ali təhsil müəssisələri ilə yanaşı, Bakı Slavyan Universiteti (BSU) də təmsil olunur.
Universitetin rektoru, professor Nurlana Əliyeva sərgidə Təhsil naziri Ceyhun Bayramova və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevaya universitetin tədris strukturlarını, mövcud ixtisaslarını, elmi fəaliyyətini, professor-müəllim heyətinin çap edilən elmi əsərlərini, o cümlədən ölkəmizdə və xaricdə dərc olunan məqalələrini, beynəlxalq əlaqələrini, mübadilə proqramlarındakı iştirakını, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini, universitetin xarici ölkələrdəki Azərbaycan dili və mədəniyyəti mərkəzlərini, tələbə həyatını, tələbə-gənclərin musiqi, idman, intellektual yarışlarda qazandıqları kubok, medal və diplomları əks etdirən stend barədə ətraflı məlumat verib.
BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini təmsil edən və slavyan xalqlarının, eləcə də türk və yunan xalqının milli geyimində olan tələbələr ziyarətçilərdə olduqca xoş təəssürat yaradıb.
|
|
10.10.2019 | 16:29 | |
|
|
|