Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində altıncı missiya həyata keçirilib.  

 

Missiya çərçivəsində Fransanın Burqundiya Universitetinin professoru Mişel Narke və Litvanın Avropa Sosial Fond Agentliyinin biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen ölkəmizə səfər edib.

 

Missiyanın məqsədi biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olub.

 

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrənib, eləcə də fakültənin maddi-texniki bazası ilə tanış olublar.

 

Missiya nəticəsində ekspertlər biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, burada maddi-texniki baza üzrə minimal tələbər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər. Ekspertlər həmçinin biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr də veriblər.

 

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər.

 



08.10.2019 | 11:03