Direktor vəzifəsindən uzaqlaşdırılıb | |
Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova tutduğu vəzifədən kənarlaşdırılıb.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri direktorun müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırmaq məqsədilə həmin məktəbdə olub. Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqlarının dövlət tərəfindən ödənilməsinə baxmayaraq direktor Bəsti Hüseynova müəllimlərdən vəsait toplamaq göstərişi verib.
Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor öz vəzifəsindən uzaqlaşdırılıb.
|
|
07.10.2019 | 16:48 | |
|
|
|