Kursantlar universitetdə | |
Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Azərbaycan Texniki Universiteti (AzTU) arasında informasiya təhlükəsizliyi ilə əlaqəli bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində akademiyanın informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi AzTU-nun qonağı olub.
Kursantlar bu ali məktəbin imtahan otaqları, laboratoriyalar, muzeylər, server otaqları və “Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi” kafedrası ilə yaxından tanış olublar.
Kafedranın müdiri Mehman Həsənovun təhlükəsizliyin inkişafı üçün innovasiyalar mövzusu üzrə məruzəsində gələcəyin ən müasir texnologiyaları haqqında məlumat verilib. |
|
07.10.2019 | 17:27 | |
|
|
|