Təhsil naziri ölkəmizə yeni təyin olunmuş səfir ilə görüşüb | |
Oktyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp ilə görüşüb.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin Britaniya Şurasının Azərbaycan üzrə rəhbəri Samr Şah iştirak edib.
|
|
04.10.2019 | 18:00 | |
|
|
|