Alimlərimizin növbəti uğuru | |
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru Əliəddin Abbasov və Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri Fizzə Məmmədova XXI Beynəlxalq Təhsillə bağlı Texnologiya və Xidmətlər sərgisinə dəvət alıblar.
Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət heyətinin qərarı ilə aktuallığı və elmi-pedaqoji əhəmiyyətinə görə müəlliflərin bu sahəyə aid bir neçə kitabı- “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri”, “Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit”, “Təbiətin möcüzəsi-su”, “Naxçıvan Muxtar Respublikasının mineral suları” və “Naxçıvan Muxtar Respublikasının kəhriz və bulaq suları” nəşrləri 12-15 oktyabr 2019-cu il tarixində Soçidə keçiriləcək sərgidə nümayiş olunacaq. Sözügedən kitabların rus və ingilis dilində 3 səhifəlik xülasələri sərginin kataloqunda dərc ediləcək.
Onu da qeyd edək ki, müəlliflərin kitab və elmi-metodik komplekslərinin ingilis dilində kataloqu 6-10 noyabr tarixində Avstryanın Vyana şəhərində keçiriləcək Beynəlxalq Vyana kitab sərgisində iştirak hüququ qazanıb. |
|
03.10.2019 | 16:28 | |
|
|
|