Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü

Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsi olaraq qeyd edib ki,  son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Rektor əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri Mətanət Quliyeva  muxtar respublikada müəllimlərin əməyinin layiqincə qiymətləndirildiyini, onların sosial vəziyyətinin diqqətdə saxlanıldığını söyləyib. 

 

Müəllimlər Günü ilə əlaqədar bir qrup müəllim təbriknamə və hədiyyələrlə təltif edilib. 



03.10.2019 | 14:04