BMU-da Erasmus Bakı Ofisinin nümayəndələri ilə müzakirələr aparılıb | |
Bakı Mühəndislik Universitetində (BMU) Avropa Birliyinin Erasmus+ Bakı ofisinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə BMU ilə birgə həyata keçirilən proqramların və layihələrin sayını artırmaq, sözügedən proqramda iştirak etmiş tələbə və müəllimlərin fikirləri, onların rastlaşdıqları çətinliklər, təkliflər barədə müzakirələr aparılıb.
Müzakirələrdə BMU-nun müəllim və tələbə heyəti ilə yanaşı, Erasmus+ Bakı ofisinin nümayəndə heyətinin rəhbəri Pərviz Bağırov və əməkdaşları iştirak edib. Erasmus+KA1 və KA2 proqramları çərçivəsində müxtəlif Avropa universitetlərində səfərdə olan müəllim və tələbələrin rəyləri dinlənilib, birgə müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, BMU beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, tələbə mübadiləsi (Erasmus+ KA1), müxtəlif məzmunlu Erasmus+ KA2 strateji əməkdaşlıq və kadr potensialının inkişaf etdirilməsi layihələrində aktiv iştirak edir. BMU hal-hazırda 20-dən çox Erasmus+ KA1 mübadilə müqaviləsi və 5 müxtəlif Erasmus+ KA2 layihələrində tərəfdaş universitet kimi fəaliyyət göstərir. |
|
03.10.2019 | 10:44 | |
|
|
|