ADMİU-nun professoru Moskvada medala layiq görülüb | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri , professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub. ADMİU-nun kafedra müdiri Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitutunun (ВГИК) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
Tədbirdə dünyanın ilk kino məktəbinin bəzi məzunlarına “ÜDKİ-100” medalı təqdim olunub. Mükafatlandırılanlar arasında professor Rafiq Quliyev də olub. Xatırladaq ki, R. Quliyev 1987-ci ildə ÜDKİ-nin “Kinooperatorluq” fakültəsini fərqlənmə ilə bitirib.
|
|
01.10.2019 | 18:12 | |
|
|
|