BANM Qazaxıstan-Britaniya Texniki Universiteti ilə memorandum imzaladı | |
Bakı Ali Neft Məktəbi (BANM) ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev, universitetin IT fakültəsinin dekanı, professor Fuad Hacıyev, BANM-ın “Proseslərin avtomatlaşdırılması” kafedrasınin müdiri Manafəddin Namazov və digərləri iştirak ediblər.
Görüş zamanı Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-ın fəaliyyəti, təlim-tədris proqramları, uğurları və yenilikləri haqqında məlumat verib. Sonra Elmar Qasımov Qazaxıstan-Britaniya Texniki Universiteti ilə BANM arasında yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu bildirib.
Görüş zamanı iki universitet arasında tələbə və müəllim mübadilə proqramları, tədqiqat layihələrində və konfranslarda, birgə akademik proqramlarda, peşəkar inkişaf proqramları və təlimlərdə iştirak, fakültə üzvlərinin və tədqiqatçıların mübadiləsi, tələbələrin mübadiləsi kimi məsələlər müzakirə olunaraq razılıq əldə edilib.
Daha sonra BANM-ın rektoru Elmar Qasımov və Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek İbraşev əməkdaşlıq haqqında razılığa dair Anlaşma Memorandumunu imzalayıblar.
|
|
26.04.2018 | 12:23 | |
|
|
|