Ötən müddət ərzində Naxçıvanda 200-dən çox ümumtəhsil müəssiəsi üçün yeni bina tikilib | |
Naxçıvan Dövlət Universitetində (NDU) 2019/2020-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən ətraflı söhbət açılıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ötən müddət ərzində 200-dən çox ümumtəhsil müəssiəsi üçün yeni bina tikilib və ya əsaslı surətdə yenidən qurulub, maddi-texniki baza möhkəmləndirilib, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri təhsil müəssisələrinə tətbiq olunub, ümumtəhsil məktəbləri dərslik, bədii ədəbiyyatlarla təmin olunub. Vurğulanıb ki, müvafiq Sərəncam əsasında diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün 1.5, vəzifə maaşlarının iki dəfə artırılması və eyni zamanda bu ilin sentyabr ayından müəllimlərin aylıq vəzifə maaşlarının orta hesabla 20 % artırılması müəllimlərin əməyinin qiymətləndirilməsinə yönələn addımlardandır. Müəllimlərin müsabiqə yolu ilə işə qəbulundan danışan nazir ötən il keçirilən 1000-dən çox tələbənin iştirak etdiyi 3 müsabiqədə 215 nəfər tələbənin ümumtəhsil məktəblərində işlə təmin olunduğunu bildirib.
Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr barədə çıxış edən Tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, universitetin əyani şöbəsində 16 şəhər, 2 kənd məktəbi olmaqla, 16 ixtisas üzrə cəmi 410 tələbə artıq pedaqoji təcrübədə olacaqlar. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.
Pedaqogika və və psixologiya kafedrasının müdiri Sevinc Orucova isə “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında” məlumat verib. |
|
27.09.2019 | 19:00 | |
|
|
|