ADNSU-da plan yeri niyə dolmayıb? | |
Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3220 plan yerinə 2870 nəfər qəbul olunub.
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə universitetin tədris işləri üzrə prorektoru Qasım Məmmədov məlumat verib. O, bildirib ki, ötən illə müqayisədə bu il universitetə daxil olanların sayı 15 nəfər azdır: “Universitetə 3060 bakalavrın qəbulu planlaşdırılmışdı. Ancaq 2731 nəfər qəbul olunub. Azərbaycan-Fransız Universitetini (UFAZ) də nəzərə alsaq, qəbul planımız 3220 nəfər təşkil edirdi. Amma 2870 nəfər qəbul olunub. Həmin tələbələrin 2151 nəfəri, yəni 74.95 faizi dövlət sifarişli, 719 nəfəri isə 25.05 faizi ödənişli əsaslarla təhsil alacaq”.
Universitetdə orta bal da aşağı düşüb: “Bu il UFAZ nəzərə alınmaqla orta bal 432.9 bal, nəzərə alınmasa, 424.1 olub. UFAZ-da orta bal 602.4-dür. Onun hesabına universitetin orta balı yüksək çıxıb”.
Bunu ali təhsil müəssisələrinə qəbul qaydalarında edilən dəyişikliklə izah edən prorektorun fikrincə, bu il paradoks təşkil edən hallar da baş verib: “Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarını iki mərhələdə həyata keçirir. İlk dəfə kurikulumun tətbiq edildiyi şagirdlər buraxılış imtahanında universitetlərə qəbul olunmaq üçün tələb olunan balın bir qismini, qəbul imtahanlarında isə ikinci hissəsini topladılar. Balın bu qədər düşəcəyini nə abituriyentlər, nə valideynlər təsəvvürünə gətirə bilməzdilər. ADNSU-da belə faktrlar var ki, biri 505 balla bir ixtisasın ödənişlisinə, başqa biri 230 balla həmin ixtisas üzrə dövlət sifarişli yerə qəbul olunub. Paradoksdur, şünki 505 balla qəbul olunan məhz həmin ixtisasda təhsil almaq istəyib və həmin balın bu il bu qədər enəcəyini təxmin etməyib. Ötən ilin keçid balı 530 bal olduğunu nəzərə alaraq həmin ixtisasın ödənişlisini seçib. Ağlına gəlməyib ki, keçid bal birdən-birə bu qədər düşər”.
Ruhiyyə |
|
26.09.2019 | 14:19 | |
|
|
|