Naxçıvanın siyasi və sosial-iqtisadi tarixinə dair monoqrafiya çap olunub

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “Naxçıvan: siyasi və sosial-iqtisadi tarixinə dair” (XIX-XX əsrin əvvəlləri) adlı monoqrafiyası işıq üzü görüb.

 

Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsmayıl Hacıyev, rəyçiləri-AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevdir.

 

Əsərdə Azərbaycan tarixşünaslığının nailiyyətlərindən istifadə olunub, tanınmış tarixçi alimlərin əsərlərinə, o cümlədən Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin və Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin müxtəlif fondlarında saxlanılan sənədlərə istinad edilib. Həmçinin, araşdırmalar zamanı əcnəbi müəlliflərin, xüsusilə rus müəlliflərinin və qafqazşünasların əsərləri də mənbə bazası kimi nəzərdən keçirilib.



25.09.2019 | 14:31