Ürəyin bir döyüntüsü ilə çatışmazlığı aşkar edən süni intellekt-diaqnost

Böyük Britaniyanın Surrey Universitetinin Sebastyan Massaronun rəhbərlik etdiyi alimlər komandası neyron şəbəkəsinə pasiyentlərin elektrokardioqrammasında (EKQ) ürək çatışmazlığı əlamətlərini tanımağı öyrədiblər.  Diaqnostik sistemin işi dəqiqliyi və sürəti ilə fərqlənir. Belə ki, o, bir seansa 100% dəqiq diaqnoz qoyur. Bundan başqa, süni intellekt xəstəliyin ağırlıq dərəcəsini göstərən morfoloji xüsusiyyətləri müəyyən edə bilər.

 

Qeyd etmək lazımdır ki, dəqiqliyin 100% olması ilə bağlı iddialara hələ ki, tənqidi yanaşılmalıdır. Hazırki mərhələdə süni intellekt minlərlə sağlam insanın və çatışmazlığın ağır formasına rast gəlinən pasiyentlərin EKQ-si üzərində sınaqlar keçirib. Buna görə də, neyroşəbəkə xəstə insanı sağlam insandan tamamilə dəqiq ayırd edir. Xəstəliyin hələ yenicə inkişaf etməyə başladığı və simptomların qeydə alınmadığı pasiyentləri tapmaq və onların EKQ-sını  əldə etmək daha çətin olduğuna görə neyroşəbəkənin bu insanlar üzərində sınaqlar aparması çətinləşir.

 

www.techcult.ru saytının məlumatına əsasən, S.Massaro hesab edir ki, süni intellekt-diaqnostu real işə cəlb etməzdən öncə hələ yüz və minlərlə test etmək lazımdır. Neyroşəbəkə hətta kiçik daşınan qadcetin toplaya biləcəyi kiçik həcmli məlumatların istifadəsi ilə sürət analizi üzrə optimallaşdırılmışdır. Bu isə təbii ki,  klinikalarda insanları uzun və yorucu müayinələrdən keçmək ehtiyacından qurtarmaq üçün lazımdır. İnsanların əvəzinə yığcam elektronika onların sağlamlıq vəziyyətini daim müşahidə edəcək.

 

Samirə KƏRİMOVA



22.09.2019 | 09:47