“Yaddan çıxmaz Qarabağ”

Bakının Nəsimi rayonundakı 151 nömrəli tam orta məktəbdə  “Yaddan çıxmaz Qarabağ” adlı vətənpərvərlik mövzusunda “dəyirmi masa” keçirilib.

 

Məktəbdən verilən məlumata görə, tədbiri  tədris ocağının Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim Solmaz Süleymanova açaraq Qarabağın tarixi haqqında ətraflı məlumat verib. Sonra  Qarabağın  keçmişi, ərazisi, əhalisi, mədəni irsi, yeraltı və yerüstü sərvətləri haqqında şagirdlərin topladıqları ətraflı məlumatlar təqdim olunub.

 

Məktəblilər Qarabağın füsünkar təbiətini – dişgöynədən bulaqlarını, yaşıl ormanlarını tərənnüm edən şeirlər, mahnılar səsləndiriblər. Onların ifasında Qarabağ müharibəsini – aprel döyüşlərini təsvir edən kiçik dialoqlar, səhnəciklər  “dəyirmi masa” iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları bir daha əmin olublar ki, Qarabağ  Azərbaycanın əzəli. əbədi torpağıdır.

 

Məktəblilərdən Fidan Əliyeva,  Lamiyə Dadaşova, Xuraman Həsənova , Aytac Süleymanlı, Abid Məmmədov, İlahə Afşari, Rəsul Məmmədov, Nihad Əlizadə, Kamil Qasımov  və digərlərinin tədbirdəki çıxışları maraq doğurub.

 

Tədbirin sonunda məktəbin direktoru Kifayət Tanrıverdiyeva və təşkilatçı müavin Mahirə Qafarova  maraqlı tədbir hazırladıqları üçün Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim Solmaz Süleymanovaya və şagirdlərə təşəkkürlərini bildiriblər.

 

Yusif ƏLİYEV



24.04.2018 | 17:30