Ağdaşda məktəb açılışı | |
Sentyabrın 12-də Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev “Bilik günü” və məktəbin açılışı münasibəti ilə müəllim, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan nazir müavini son 10 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binasının tikildiyini, həmçinin əsaslı təmir olunduğunu vurğulayıb.
Təhsilə göstərilən qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan İdris İsayev bu sahədə qazanılan uğurlardan da söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov öz növbəsində məktəbin müəllim və şagird kollektivini təbrik edib, eləcə də son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 624 şagird yerlik məktəb 26 otaq, 2 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, informatika kabineti və idman zalından ibarətdir. |
|
12.09.2019 | 15:38 | |
|
|
|