GDU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib | |
Gəncə Dövlət Universitetində (GDU) 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirilib.
Tədbirdə rektor Yusif Yusibov əvvəlcə ötən tədris ilində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti və uğurlardan danışıb. Bildirilib ki, ötən tədris ili GDU üçün yüksək nailiyyətlərlə şərtlənib. Ötən tədris ilində ali təhsil müəssisəsinin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası zənginləşdirilib. Yerli və xarici elm-təhsil mərkəzləri ilə icra etdiyi çoxtərəfli beynəlxalq proqramlar vasitəsilə universitetdə bir sıra mərkəzlər yaradılıb və onların fəaliyyəti təmin edilib.
Rektor ötən tədris ilinin müzakirəsində GDU-da elm və tədris sahəsindəki nailiyyətləri, həmçinin universitet gənclərinin ictimai - sosial, mədəni fəaliyyəti və idman uğurlarını qeyd edib.
Sonra universitetin 2019/2020-ci tədris ilinə hazırlıq vəziyyəti, ali təhsil müəssisəsinin qarşısında duran vəzifələr və onların həlli yolu təhlil və müzakirə olunub.
Hazırda universitetin tələbə şəhərciyindəki tələbə yataqxanalarında aparılan əsaslı yenidənqurma, təmir və bərpa işləri haqqında məlumat verilib. Qeyd edilib ki, bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan tələbə şəhərciyində 3 ədəd beşmərtəbəli binada gənclərin sosial həyatının inkişafı və asudə vaxtlarının səmərəli təşkili üçün müasir şərait yaradılacaq.
Daha sonra universitetin tədris korpuslarının, auditoriya və laboratoriyalarının, kitabxana və oxu zallarının yeni tədris ilinin başlanmasınadək tam hazır vəziyyətə gətirilməsi, bir sıra yeniliklərin tətbiq edilməsi ilə bağlı tapşırıqlar verilib, akademik heyətin, xüsusən də bu il əmək fəaliyyətinə cəlb edilmiş gənc mütəxəssilərin daim öz üzərlərində çalışaraq, bilik və bacarıqlarını müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirilməsi tövsiyə olunub.
Sonda təkliflər səsləndirilib, bir sıra məsələrin həlli ilə əlaqədar tapşırıqlar verilib. |
|
10.09.2019 | 17:30 | |
|
|
|