İdmançılara əlavə reallıqda məşq etməyə imkan verən sistem

Kanadanın Alberta Universitetində professor Hüseyn Ruhaninin rəhbərliyi altında fəaliyyət göstərən alimlər qrupu əlavə reallıq əsasında insanlara düzgün hərəkətləri öyrədən trenajor hazırlayır. O, reabilitasiya keçən, gəzməyi və adi hərəkətləri yerinə yetirməyi yenidən öyrənənlər üçün nəzərdə tutulub. Lakin sistemin məşqçi olmadan idmançıları öyrətmə potensialı var.

 

www.techcult.ru saytının məlumatına görə, ideya istifadəçinin hərəkətlərini qeydə almaq üçün onları rəqəmsal üçölçülü modelə köçürmək və sonra onu etalon modelləri ilə müqayisə etməkdən ibarətdir. Məsələn, topu ötürən tennisçinin əlinin hərəkətini və ya kəndirbazın bədənini tarazlıqda saxlamasını təcrübəli məşqçi idmana yeni başlayan şəxsə göstərməlidir. Çünki bu hərəkətləri sözlərlə izah etmək mümkün deyil. Bu reabilitasiya keçən pasiyentlərə də aiddir. Belə ki, insan gəzməyə o qədər öyrəşir ki, kritik vəziyyətdə özünü itirir, yıxılmamaq üçün ayaqlarını yerə necə qoymalı olduğunu unudur.

 

Bunun  üçün  istifadəçiyə  iki  növ  sensor   geydirilir: onun hərəkətlərinin kameralarla izlənilməsi  üçün  parlaq  markerlər,  vektorun  və  məkanda  ayaqların yerdəyişməsinin distansiyasının dəqiq ölçülməsi üçün inersiya sensorları. Onların köməyilə kompüter istifadəçinin  hərəkətlərinin  dəqiq  modelini  qurur, sonra  bu  model  əlavə  reallıq  eynəyinin  ekranında  əks  olunur.  İnsan  özünü  kənardan  görmək  imkanı  əldə  edir,  məşqçi  isə  onu  idman  zalında  olmadan görür.

 

Daha sonra şagirdin virtual təsvirinə etalon təsvir qoyulur və o, necə yerini dəyişməli və çevrilməli olduğunu əyani olaraq görür. Beləliklə, məşqçinin faktiki iştirakı olmadan effektli təlim baş tutur. Sistemin prototipi universitetin idman komandasının yeni üzvləri üzərində sınaqdan keçiriləcək.



08.09.2019 | 10:18