Vyanada BDU-nun 100 illik yubileyi qeyd ediləcək | |
Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi Avstriyanın Vyana şəhərində qeyd olunacaq.
Tədbir 2019-cu il 9 sentyabr tarixində BDU və Azərbaycanın Avstriyadakı səfiriliyin tabeliyində Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə universitetin 100 illik tarixini özündə dolğun şəkildə əks etdirən video-çarx göstəriləcək, foto-sərgi təşkil olunacaq.
Musiqiçilərin təqdimatında konsert proqramının da nəzərdə tutulduğu tədbirdə universitetin nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar iştirak edəcək.
Qeyd edək ki, 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında 100 illiyi qeyd edilən Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. |
|
06.09.2019 | 17:44 | |
|
|
|