Parisdə “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgi nümayiş olunub | |
Parisdə “Sensespace” sosial innovasiyalar mərkəzində gənc fotoqraf Maya Bağırovanın “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisi nümayiş olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı elindən-obasından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlarının fotolarını tamaşaçılar ürək ağrısı ilə seyr ediblər. Həmçinin seyrçilərə azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat vərəqələri verilib. Sərgi, eyni zamanda, suriyalı qaçqın uşaqlara məktəb ləvazimatları almaq üçün keçirilən xeyriyyə tədbiri çərçivəsində təşkil olunub.
Qeyd edək ki, Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisinin “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalını və “Jan Larivyer” mükafatını qazanan Maya Bağırova Speos Paris Fotoqrafi Məktəbində təhsil alır.
Sifai SƏFƏROVA |
|
23.04.2018 | 18:02 | |
|
|
|